• Be. Noy 25th, 2024

“Ermənistan beynəlxalq konvensiyalara imza atmasına baxmayaraq, mina xəritələrini Azərbaycana təhvil vermir”

ByYenigun.news

Apr 3, 2023


“Ermənistan beynəlxalq konvensiyalara imza ataraq öhdəlik götürməsinə baxmayaraq, hələ də minalanmış ərazilərin dəqiqləşdirilmiş xəritələrini Azərbaycana təhvil vermir”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Ermənistan torpaqlarımızı işğal etdiyi 30 ildə ərazilərimizi 100 minlərlə mina ilə çirkləndirib:

“Beynəlxalq konvensiyaların tələblərinə görə azad olunmuş ərazilərdə basdırılmış minaların xəritələri qarşı tərəfə verilməlidir. Onların verdiyi xəritələrdə dəqiqliyin 20 faiz olması minatəmizləmə işini çətinləşdirir və uzun illər ərazilərimizdə basdırılmış minalar təhlükə mənbəyi olaraq qalır. Belə ki, müharibənin bitməsindən keçən 2,5 il ərzində 300-ə yaxın vətəndaşımız minaya düşərək xəsarət alıb və ya həlak olub”.

“O cümlədən aprelin 2-də bir hərbi qulluqçumuz Tərtər rayonun azad olunmuş ərazisində minaya düşərək həlak olub. Bir gün sonra, yəni bu gün isə Laçın rayonu ərazisində tank əleyhinə 3 mina aşkar olunub. Azərbaycan minalanmış ərazilərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələni dəfələrlə qaldırmasına baxmayaraq beynəlxalq aləmdən heç bir dəstək ifadə olunmayıb. Hətta Ermənistana mina təxribatlarına şərait yaradılmasına “töhfə verəcək” Laçın-Xankəndi yolunun bağlanması ilə bağlı işğalçı ölkənin saxta məlumatlarını dəstəkləyiblər”, – deyə deputat bildirib.

A.Badamov vurğulayıb ki, hətta işğaldan azad olunmuş ərazilərdə 2021-ci ildə istehsal olunmuş minaların müəyyən olunması Ermənistanın mina terrorunun davam etməsinin göstəricisidir:

“Laçın Xankəndi yolundakı aksiyamız və digər gizli yollara nəzarətimizin bərpası Ermənistanın Qarabağda həyata keçirmək istədikləri çirkin niyyətlərin qarşısını alıb. Beynəlxalq ictimaiyyət isə Ermənistanın özbaşınalıqlarına göz yummaqda davam etməsini isə ikili standartların davam etdirilməsinin göstəricisi hesab edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir