• Be. Noy 25th, 2024

Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”

ByYenigun.news

May 13, 2024




“Almatıda Azərbaycanla xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib”.

Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair press-relizdə öz əksini tapıb.

“Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”, – Mirzoyan bildirib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir