• Ca. Okt 24th, 2024

Fahrettin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub – FOTO

ByYenigun.news

Fev 24, 2023

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir hospitallarda yaradılmış şəraitlə tanış olub.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fahrettin Kocaya yaradılmış şəraitlə bağlı məlumat verib.

Onlar hazırda hospitalda müayinə olunan xəstələrin son durumu ilə maraqlanıblar.

F.Koca tibb personalına gördükləri işlərə görə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir