• Ça. Noy 26th, 2024

Fransa nümayəndə heyətinin Cənubi Qafqaza səfəri Minks Qrupu ilə bağlı deyil

ByYenigun.news

Sen 28, 2022

Artıq xəbər veridiyimiz kimi, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.

Oxu.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, onun səfərinin Minks Qrupunun fəaliyyətilə heç bir bağlılığı yoxdur. Qarşıdan gələn səfərlə əlaqədar Fransa tərəfinin Azərbaycan XİN-ə göndərdiyi rəsmi sənəddə “Minks Qrupu” ifadəsinə yer verilməyib. Belə ki, rəsmi Paris Bakının diplomatları bu statusda qəbul etməyəcəyini yaxşı anlayır və yeni rellığı qəbul etmək məcburiyyətindədir.

Həmçinin, məlumata görə, Rokföyla yanaşı, Fransa Prezidenti Emmenuel Makronun diplomatik müşaviri İzabel Düpont da milli nümayəndə heyəti statusunda bölgəyə səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir