• Ca. Sen 25th, 2025

Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsində yeni təyinat olub

ByYenigun.news

İyl 11, 2023


Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisinin müavini vəzifəsinə təyinat olub.

“Report”un məlumatına görə, Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifəyə Samux rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmış Rəşad Qarayev təyin edilib.

Xatırladaq ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsi isə İntiqam Hüseynova həvalə edilib.