• C. Okt 25th, 2024

Gömrük Akademiyasında Xocalı soyqırımının 31-ci ildönümü anılıb – FOTO

ByYenigun.news

Fev 25, 2023

Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral – Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru cənab Qulu Novruzov, DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz, Şuşa fatehləri Cavid Həsənov və Famil Fərəcov, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi Qulu Novruzov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Q.Novruzov ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də qısasının alındığını bildirib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən akademiya rəisi çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımı ilə bağlı tarixi faktlardan söz açıb. Həmin dövrü tarixi aspektlərdən təhlil edən natiq bu soyqırımının Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

Daha sonra tədbir akademiyanın tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir