Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan öz “Twitter”ində məlumat verib.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının və vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, – Ceyk Sallivan qeyd edib.
Today, I hosted @HikmetHajiyev and @ArmenGrigoryanC for direct and constructive talks. We discussed the importance of avoiding further violence and pursuing time-bound and focused negotiations. We also identified concrete steps forward in support of a stable and lasting peace.
— Jake Sullivan (@JakeSullivan46) September 28, 2022