TDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni dialoq mexanizmini işə salıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq”.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.
Within the Organization of Turkic States @Turkic_States we launched new mechanism of diloague and consultations at the level of assistants and diplomatic advisors of Presidents to catch up with the vision and strategic goals of Summits of OTS. pic.twitter.com/YBLYY6rWb6
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 2, 2023