• C. Okt 25th, 2024

İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib

ByYenigun.news

Fev 25, 2023

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır.

“Report” xəbər verir ki, bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir