• Şb. Noy 30th, 2024

İlham Əliyev: “Ermənistan təbiətimizə böyük zərbə vurub”

ByYenigun.news

İyl 11, 2023


“Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

“Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”, – deyə dövlətimizin başçısı bildirib.

İndi transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın burada sərgilədiyi mövqenin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara, o cümlədən Espo Konvensiyasına əsaslandığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir