• Ca. Noy 28th, 2024

İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

ByYenigun.news

May 22, 2021

Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun telefon danışığı olub.

Yenigun.news xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liderlər hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bundan əlavə, dövlət başçıları ticarət dövriyyəsinin artdığını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu məmnunluqla qeyd ediblər.

“Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verdi, məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu. Aleksandr Lukaşenko vəziyyətin yaxın günlərdə həll olunacağına ümid etdiyini bildirdi”, – deyə məlumatda qeyd olunur.

Prezidentlər telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı da müzakirələr aparıblar.

Ölkə rəhbərləri əməkdaşlıq sahələrini və Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini ətraflı müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir