İrandan Azərbaycana gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videonu çəkən şəxs iddia edir ki, İrandan gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur.
Satıcılar şüyüdün əvvəllər daha çox İrandan gətirildiyini, hazırda isə bazarda yerli məhsulun üstünlük təşkil etdiyini bildirdilər. Onlar həmçinin, “Şüyüdə kimyəvi maddə vurulur” iddiasına da münasibət bildiriblər.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə satışda xaricdən gətirilən meyvələrlə yanaşı, göyərtilərə də rast gəlindiyini deyir. O, həm meyvələrə, həm də göyərtilərə kimyəvi maddə vurulduğunu söyləyib.
Mütəxəssis onu da bildirib ki, bəzi hallarda məhsul təmiz yuyulmadığı üçün həmin kimyəvi maddə insanda allergiyaya səbəb ol bilər.
Ətraflı süjetdə: