“Ceyhun Bayramovla Ukrayna məsələsini də müzakirə etdik. Qitədə İkinci dünya müharibəsindən sonra çox gərgin böhran yaranıb”.
Oxu.Az-ın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi prioritetdir:
“Türkiyə tərəfindən də atılan addımları yüksək dəyərləndiririk. Rusiyaya qarşı sanksiyalar yalnız İtaliya deyil, bütün Avropa ölkələrinə enerji sektoruna təsirsiz ötüşmür. Bunu diqqətdə saxlamalıyıq. Bu kontekstdə də biz etibarlı və bu sahədə böyük potensiala malik olan tərəfdaşlarımızla əməkdaşlığa böyük diqqət yetiririk”.
O qeyd edib ki, İtaliya vətəndaşlarını və şirkətlərini qorumaq məqsədi ilə artıq Rusiyanın enerji asılılığından azad olmaq istəyir:
“Azərbaycan əsas prioritet tərəfdaşlardan biridir. Azərbaycanla əlaqələrimiz yalnız enerji sahəsində deyil, iqtisadi və ticari sahədə tərəfdaşlığımıza da töhfə verəcək”.
İlhamə Əbülfət