• Bz. Noy 24th, 2024

Komissiya sədri: “Ermənilərin törətdikləri vandalizmlə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcəyik”

ByYenigun.news

Sen 3, 2023


“Füzulidə ermənilərin törətdikləri vandalizm aktı barədə beynəlxalq təşkilatlara hesabat təqdim edəcəyik”.

Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman bildirib.

“Bu gün Füzulidə gördüklərimiz sadəcə bir dəhşət idi. Bu, insanlıq əleyhinə olan cinayətdir. Məzarlıqlar dağıdılıb, qəbirlər təhqir edilib. Burada həm də onun şahidi olduq ki, müsəlman dini adətlərinə qarşı necə alçaldıcı hərəkətlər edilib”, – komissiya sədri deyib.

M.Laval Sulaiman qeyd edib ki, dünyanın heç bir yerində insanların dini inancları buradakı kimi təhqir edilməyib:

“Məsciddə müsəlmanların haram bildiyi donuzlar saxlanılıb. Bundan əlavə, məsciddə çəkilən şeytan işarəsi İslam dininə qarşı olan qəbuledilməz təhqirdir. Ölmüş insanların meyitlərinin təhqir olunması, onların ağızlarındakı qızıl dişlərin çıxarılması kimi faktlar var. Bu, ümumiyyətlə, heç bir dinə sığmayan vandalizm aktıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir