• Bz. Noy 24th, 2024

Laçın sakini: “Həyat yoldaşım qaçqın sözünə dözməyib, öldü” – VİDEO

ByYenigun.news

Mar 25, 2024

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına qayıdan sakinlərlə bağlı reportaj efirə gedib.

30 ildən sonra doğma yurdlarına qayıdan Laçın sakinləri – Hürü İmranova və Əzət Behbudova həm kədərli, həm də sevincli anlar yaşayıblar. “Laçın” yazısını görəndə kövrəldiyini deyən Hürü İmranova Laçınsız keçən illərin yuxu kimi gəldiyini bildirib:

“Hər səhər oyananda Laçında olduğumu deyirdim. Elə bil Laçın məni özünə çəkirdi. Qarabağdan eyni gündə çıxdığım qonşu ilə elə eyni gündə də bura gəldim. Laçına qayıdandan, buranın suyunu içəndən bəri özümü çox yaxşı hiss edirəm”.

Uzun illərdən sonra doğma ata-baba yurduna qayıdan Əzət Behbudova Laçındakı dağılan evinin bərpa edilməsini, ömrünün qalan illərini öz evində yaşamaq istədiyini söyləyib:

“Evim dağılıb, istəyərəm ki, mənim də evimi bərpa etsinlər. Deyir, ev evə sığır, el elə sığmır. Nə ki ömrüm qalıb öz evimdə yaşamaq istəyirəm. Qaz İdarəsi olan yerdə mənim evim var idi. İndi gedib baxıram ki, heç yeri də məlum deyil. Laçına gəldiyimə sevindirən, amma evi görəndə adam təşvişə düşür. Yenə də şükür edirəm ki, Laçına qayıtmışam”.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir