“Azərbaycan Prezidenti İlham Əliyevlə enerji və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin vəziyyətini müzakirə etdik”.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen “Twitter”də yazıb.
“İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, – o qeyd edib.
Good meeting with @azpresident on energy and the state of ???? relations.
Let’s strengthen our economic relationship and bring our people closer together.
Connectivity will be crucial here.
?? wants to work with ?? and build connections with Central Asia and beyond. pic.twitter.com/fj8rdIdHsf
— Ursula von der Leyen (@vonderleyen) July 18, 2022