• Ca. Avq 28th, 2025

Mikayıl Cabbarov “Abşeron” qaz-kondensat yatağı ilə bağlı paylaşım edib – FOTO

ByYenigun.news

Avq 4, 2023


İqtisadiyyat naziri Mikayıl Cabbarov “Abşeron” qaz-kondensat yatağı ilə bağlı paylaşım edib.

Nazirin rəsmi “Facebook” hesabındakı paylaşımında bildirilir:

“Prezident İlham Əliyevin “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə tapşırıqları rəhbər tutularaq xarici investorlarla fəal əməkdaşlıq aparılır. SOCAR, “TotalEnergies” və ADNOC (ADNOC Group) arasında “Abşeron” qaz-kondensat yatağında ADNOC şirkətinin pay alışı ilə bağlı saziş imzalandı. Sənədə əsasən, ADNOC yataqda 30%, SOCAR və TotalEnergies şirkətlərinin hər biri isə 35% iştirak payına sahib olacaqlar. Layihə üçtərəfli əlaqələrin güclənməsinə, ölkəmizin etibarlı təbii enerji təchizatçısı kimi mövqeyinin möhkəmlənməsinə, bu sahədə hasilat potensialının və ixracın artırılmasına əhəmiyyətli töhfə verəcək”.