• Ç. Dek 17th, 2025

Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib

Byadmin

May 30, 2023


Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.

“Report”un xəbərinə görə, bununla bağlı “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Saziş bu ilin martın 16-da Ankara şəhərində imzalanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.