• Şb. Sen 13th, 2025

Mürsəl İbrahimov bir neçə rəisi işdən çıxardı

ByYenigun.news

Fev 29, 2024


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xidmət rəisi Mürsəl İbrahimovun əmri ilə bir sıra rayonların rəisləri vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar. 

Dövlət Xidmətindən bildirilib ki, kadr islahatlarında məqsəd daha şəffaf və dürüst xidmət təşkil etmək və vətəndaş məmnuniyyətini yüksəltməkdir. 

İslahatlar davam edir.