• Be. Noy 25th, 2024

Nazir: “Azərbaycan Aİ-nin postmünaqişə dövründə bərpa işlərinə kömək səylərini yüksək qiymətləndirir”

ByYenigun.news

İyl 19, 2022

“Azərbaycan Avropa İttifaqının (Aİ) postmünaqişə dövründə bərpaetmə işlərinə kömək etmək səylərini yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrdə iştirak edir.

“Biz, həmçinin humanitar minatəmizləmə sahəsində köməyə, o cümlədən son dörd milyon avroluq yardım paketinə görə Aİ-yə minnətdarıq. Minatəmizləmə səylərini dəstəkləmək üçün bütün müvafiq vasitələri səfərbər edəcəyik”, – XİN rəhbəri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir