• Be. Noy 25th, 2024

Nazir: “İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaqlar”

ByYenigun.news

Apr 2, 2022

“Həmkarımla müzakirələrimiz zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verdim”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, nəqliyyat-kommunikasiyaların açılması, beynəlxalq səviyyədə dövlət sərhədinin müəyyən edilməsi üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü istiqamətində Azərbaycan tərəfinin təklifləri barədə həmkarını məlumatlandırıb:

“Ən önəmli istiqamət olaraq uzun müddət ərzində Ermənistana sülh sazişi üzrə olunan təklif və artıq fevral ayından etibarən Azərbaycan tərəfindən həmin sazişin təməl bazası üçün təkliflərimiz barədə məlumat verdim. Son günlər ərzində Ermənistan tərəfindən bu istiqamətdə bir sıra şəxslər tərəfindən müsbət mesajları eşidirik. Azərbaycan dəfələrlə öz mövqeyini ifadə edib”.

Nazir əlavə edib ki, bu gün Azərbaycan üçün əsas prioritet işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, yenidənqurma işlərinin aparılmasıdır:

“Artıq bu prosesdə də İtaliya şirkətləri fəal iştirak edirlər. Bu şirkətlərin sayının artırılmasına böyük maraq var. Həmkarım bu gün təsdiq etdi ki, İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaqlar”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir