“Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır”.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri xüsusi önəm kəsb edir:
“Biz diplomatik münasibətlərimizin təsis edilməsinin 30 illiyini qeyd edirik. İtaliya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında həyata keçirilir”.
İlhamə Əbülfət