• Ç. Noy 27th, 2024

Nazir: “Münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün bərqərar olmasına tərəfdardır”

ByYenigun.news

May 19, 2022

“Hər bir xalq üçün özünəməxsus yeri olan şəhərlər var, Azərbaycan üçün belə bir şəhər Şuşadır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

Nazirin sözlərinə görə, 30 illik erməni işğalı Azərbaycan ərazilərində, o cümlədən Şuşa şəhərində mədəni abidələr də daxil olmaqla böyük dağıntılara səbəb olub:

“Amma artıq münaqişə keçmişdə qaldı, Azərbaycan sülhün və mehriban qonşuluq münasibətlərinin bərqərar olmasına tərəfdardır”.

A.Kərimov Şuşanın 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini xatırladaraq, gələn il bununla bağlı bayram tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

O, çoxsaylı dövlətlərin sülh və mədəniyyətin inkişafına fəal töhfə verən Bakı prosesinə qoşulduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir