• Ç. Noy 27th, 2024

“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib – FOTO

ByYenigun.news

Mar 14, 2024

Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi olub.

Oxu.Az xəbər verir ki, tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Serageldin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, XI Qlobal Bakı Forumunun iştirakçısı olan nüfuzlu şəxslər qatılıblar.

Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib, tədbirin təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Qlobal Bakı Forumunda dünyanı narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yolları ilə bağlı fikir mübadilələrinin aparıldığını bildiriblər.

Onlar “Maliyyə böhranından necə çıxmalı” mövzusuna toxunublar, mülahizələrini səsləndiriblər, sabitliyin qorunması üçün maliyyə böhranının aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2024-cü il üzrə qaliblərinin adı açıqlanıb.

Beynəlxalq mükafata Albaniya Prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münhen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger layiq görülüblər.

Mükafatçılar təltif olunmalarından fəxr və qürur hissi keçirdiklərini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərdə ona hər zaman dəstək göstərəcəklərini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir