• Şb. İyl 12th, 2025

Növbədənkənar prezident seçkisi: YAP ilkin maliyyə hesabatını təqdim edib

ByYenigun.news

Yan 5, 2024


Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb.

Oxu.Az-ın məlumatına əsasən, YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib.

İlkin maliyyə hesabatında YAP-ın gəlirlərinin cəmi 250 min manat həcmində göstərilib. 

Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək.

Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir