Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti, regional təhlükəsizlik, sülh və sabitlik məsələləri barədə fikir mübadiləsi aparılıblar.
Görüşdə həmçinin Azərbaycanla kommunikasiyaların açılması müzakirə edilib, delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə toxunulub.
Mənbə: “Sputnik Ermənistan”