• Ça. Noy 26th, 2024

Paşinyandan etiraflar: “Dünyada elə ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın” – VİDEO

ByYenigun.news

İyl 25, 2023


“Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Ermənistan mətbuatı xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransında bildirib.

“Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”, – deyə Ermənistanın hökumət başçısı vurğulayıb.

Ardınca N.Paşinyan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxumağa başlayıb.

O, Rusiya Prezidenti Vladimir Putindən, fransalı həmsədr Stefan Viskontidən və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlar gətirib.

“Dövlət Departamentinin hesabatlarından birində deyilir: Separatçılar Ermənistanın köməyi ilə Qarabağın böyük hissəsini və Azərbaycanın daha yeddi ərazisini nəzarətdə saxlamaqda davam ediblər”, – Nikol Paşinyan Ermənistan publikasının nəzərinə çatdırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir