Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sonuncu Moskva görüşünü güclü artilleriya hazırlığıyla qabaqlamaq qərarına gəlib.
Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Bildirilir ki, silah-sursatın böyük hissəsini söz verilən kimi Paris tərəfindən təqdim olunub: əvvəlcə Ermənistanın baş naziri “France Press” agentliyinə müsahibə verdi, ertəsi gün isə “Le Monde” qəzetinin tribunasından çıxış etdi. Daha çox inandırıcı olması üçün o, çərşənbə axşamı, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada danışıqları günü mətbuat konfransı keçirdi.
Ətraflı süjetdə: