• Be. Noy 25th, 2024

Paşinyanın Qarabağla bağlı etirafı hansı anlama gəlir? – VİDEO

ByYenigun.news

İyl 26, 2023


Paşinyanın Qarabağ qələbəsini etiraf etməsi nə anlama gəlir?

Sözügedən mövzu “Haber Global”ın efirində müzakirəyə çıxarılıb.

Videosüjetdə məsələ ilə bağlı türkiyəli mütəxəssislər fikirlərini bildiriblər.

Türkiyəli ekspert Abdullah Ağar bildirib ki, Paşinyan həm diasporun, həm Rusiyanın, həm Avropa Birliyinin, həm ABŞ-nin, həm də İranın fərqli dövrlərdə artıb-azalan təsirləri, istiqamətləndirmələri, manipulyasiyaları ilə qarşı-qarşıyadır və bununla bağlı olaraq bəzi ziddiyyətli açıqlamalar verməsi də normaldır.

“Belə ki, daha əvvəl atəşkəslə bağlı razılaşma imzalanmadığı üçün hər zaman bir müharibə riskinin olduğunu deyən Paşinyan indi beynəlxalq hüquq normaları baxımından Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu etiraf edir.  

O, ifadə etdiyi bu ən son və ən doğru fikirlə bağlı hər hansı addım atmaq qətiyyətini göstərə biləcəkmi, bunu görəcəyik”, – deyə Abdullah Ağar qeyd edib.

İstefada olan general-leytenant İsmail Hakkı Pekin bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı müsbətyönlü fikirlər artır və Türkiyənin, eləcə də Azərbaycanın və Ermənistanın bunu dəyərləndirməsi lazımdır.

“Tək qorxum ABŞ-nin və İngiltərənin öz mənafelərini ortaya qoyaraq bu işin pozulmasına gətirib çıxara biləcək bəzi təkliflər irəli sürmə ehtimalıdır”, – deyə İsmail Hakkı Pekin vurğulayıb.

Həmçinin türkiyəli mütəxəssis Ragıp Gutay Karacanın sözlərinə görə, Ermənistan üçün sülh müqaviləsini imzalamaqdan başqa alternativ yoxdur. Bundan sonrakı dövrdə Ermənistanın üçün yeganə qurtuluş yolu Azərbaycan və Türkiyə ilə olan münasibətlərə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir