• Ç. Sen 24th, 2025

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

ByYenigun.news

İyl 10, 2023


Prezident İlham Əliyev Ceyhun Əkbər oğlu Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə, Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.