• Şb. Dek 13th, 2025

Prezident Bişkekdə imzalanan sənədi təsdiq etdi

Byadmin

Noy 24, 2022

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol təsdiq edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Qeyd edək ki, sənəd 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.