• C. Dek 19th, 2025

Prezident Məleykə Abbaszadəni ordenlə təltif etdi

Byadmin

Fev 21, 2023

Prezident İlham Əliyev Məleykə Mehdi qızı Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezident.az məlumat yayıb. 

Sərəncama görə, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.