Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim edilib.
“Report” xəbər verir ki, onu kollektivə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Qeyd edək ki, O.Mürsəlov avqustun 11-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.