• Ça. Noy 26th, 2024

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edildi

ByYenigun.news

İyl 24, 2023


Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan – Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

“Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir