• Bz. Noy 24th, 2024

Qazaxıstan paytaxtının əsas küçələrindən birinə Heydər Əliyevin adı veriləcək

ByYenigun.news

Avq 25, 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə paytaxt Nur-Sultanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı yeni küçəyə veriləcək.

“Bir vaxtlar paytaxtımızın küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı verilmişdi. Ancaq şəhər inkişaf edir və indi bu küçə o qədər təmtəraqlı görünmür. Ona görə də mən qərar qəbul etdim və paytaxt rəhbərinə göstəriş verdim ki, paytaxtımızın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi istiqamətində təkliflə çıxış etsin. Yəni biz o küçənin adını başqasına və daha uyğun bir məkana verəcəyik. Hesab edirəm ki, bu, tamamilə haqlı qərardır”, – deyə Qazaxıstan prezidenti vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasına avqustun 24-də bir günlük rəsmi səfər edib.

Mənbə: Tengrinews.kz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir