“Heç düşünməzdim ki, qismətimdə taleyimdə məndən 10 yaşda kiçik olan Qənirə xanımın əziz millət vəkilimin ölümü ilə bağlı nələrsə deyə bilərəm”.
Bu barədə Baku TV-yə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib.
O qeyd edib ki, Qənirə Paşayevanın ölümü Azərbaycan üçün böyük itkidir:
“Türk dünyası üçün böyük itkidir. Tovuz üçün onun seçiciləri üçün böyük itkidir. Qənirə Paşayeva bütün mənalarda nümunə idi. Bir fədakarlıq simvolu idi, vətənpərvərlik simvolu idi. Çox təəssüf ki, belə bir soydaşım üçün keçmiş zamanda danışıram. Son ana qədər ümidimiz var idi. Möcüzə baş vermədi. Qənirə şəhid bacımızdır, məkanı cənnətdir”.