“Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək. Bu, onun öz qərarının nəticəsidir”.
Bu sözləri Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin deyib.
“Vətəndaşlıqdan imtina etmək onun könüllü seçimi idi. Müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Hazırda o, Rusiya Federasiyasından kömək ala bilmir və bundan sonra da almayacaq”, – Başkin bildirib.
Mənbə: pnp.ru