“İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir”.
Yenigun.news xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 18-də yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi xəttlə və sərhəd xidməti üzrə operativ əməliyyatı dəstəkləyir: “Ölkələrimizin hərbi xətti və sərhəd xidməti üzrə əməliyyat əlaqələri dəstəklənir”.