• Ç. Yan 22nd, 2025

Rusiyanın baş naziri Ermənistana səfər edəcək

ByYenigun.news

Avq 23, 2023


Avqustun 24-25-də Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək.

Görüşün İrəvandan 50 kilometr aralıda yerləşən Tsaxkadzor dağ kurortunda keçiriləcəyi qeyd edilir.

“Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar”, – məlumatda deyilir.

Tədbir Rusiyanın Aİİ-də sədrliyinin himayəsi altında keçiriləcək.

Qeyd edək ki, birliyin əvvəlki iclası iyun ayında Soçidə keçirilib.

Mənbə: Gazeta.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir