“BMT Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır”.
Yenigun.news xəbər verir ki, bunu BMT-nin Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak dünən keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, BMT hər iki ölkə arasında son insident də daxil olmaqla gərgin vəziyyət barədə xəbərləri narahatlıqla izləyir.
“BMT bu xəbərləri yoxlaya bilməsə də, hər iki tərəfi təmkinli olmağa, eskalasiyaya səbəb olacaq istənilən fəaliyyətdən imtina etməyə və mövcud problemləri danışıqlar yolu ilə həll etməyə çağırır”, – deyə Farhan Hak qeyd edib.