• Ça. Dek 16th, 2025

Sahibkarlar üçün ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlandı

Byadmin

Sen 29, 2022

Azərbaycanda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı” haqqında qanun layihəsi hazırlanıb. 

Oxu.Az-ın məlumatına əsasən, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Qanun layihəsi, 5 fəsil, 15 maddədən ibarətdir. 

“Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir”, – deyə o əlavə edib. 

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. 

Aqşin Kərimov