Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısı başsağlığını “X” sosial şəbəkə hesabında paylaşıb.
“Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, – deyə E.Tatar yazıb.
Azerbaycan’ın ve Türk Dünyası’nın yılmaz savunucusu KKTC sevdalısı Azerbaycan Milli Meclisi Milletvekili Ganire Paşayeva’nın hayatını kaybettiğini büyük bir üzüntü ile öğrenmiş bulunmaktayım. Ganire Paşayeva’ya Allah’tan rahmet, ailesine ve sevenlerine başsağlığı diliyorum. pic.twitter.com/X3vZGID4aX
— Ersin Tatar (@ErsinrTatar) September 29, 2023