• Ç. Dek 25th, 2024

Spiker Fransanı tənqid etdi: “Riyakarlıq kimi qəbul edirik”

ByYenigun.news

Dek 2, 2022

“Fransa Senatından sonra bu ölkənin Milli Assambleyasının da Azərbaycan əleyhinə qətnamənin qəbul etməsi yolverilməzdir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib.

O bildirib ki, Azərbaycan qəti şəkildə bu qətnaməni rədd edir.

“Biz bunu riyakarlıq olaraq qəbul edirik. 30 il ərzində Azərbaycan və Ermənistan arasında münaqişədə bir nəticə əldə edilməməsinin səbəbi vasitəçi dövlətin bitərəf olmamasıdır. Bu qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər, eyni zamanda müharibə zamanı 9 şəhərimizi bombalaması qeyd olunmayıb. Burada Azərbaycana qarşı ucuz siyasi sifariş açıq şəkildə görünür. Hər kəsə aydındır ki, Fransanın qaranlıq tarixi işğallarla, soyqırımlarla doludur və bunu tarixdən silmək olmaz”, – deyə Sahibə Qafarova əlavə edib.

Spiker qeyd edib ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görür.

Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 15-də Azərbaycana qarşı qətnamə layihəsini qəbul edib.

Noyabrın 30-da isə Milli Assambleya da Azərbaycana qarşı siyasi aksiya təşkil edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bu, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlikdir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir