• Ça. Noy 26th, 2024

Tarixi köklər xalqları birləşdirən ən vacib amildir

ByVuqar Ferzeliyev

Apr 22, 2022

Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur.
Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.
Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış 10 sənəd və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi strateji tərəfdaşlıq haqqında bəyannamə, o cümlədən dövlətlərarası şuranın yaradılması haqqında memorandum və digər sənədlər imzalandı. Bu sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər.
Artıq Azərbaycan şirkətləri bu sahədə müəyyən təcrübələr qazanıblar. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər. Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək.

  Hər şeydən aydın görünür ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək.

Aydın Hüseynov, jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir