Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, Mustafa Şəntop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası ilə bağlı Bakıya gəlib.
Türkiyə parlamentinin sədri bildirib ki, türk millətinin igid övladları 104 il əvvəl bu torpaqları öz vətənləri kimi qorumaq üçün azərbaycanlı qardaşları ilə birlikdə çiyin-çiyinə şəhidlik məqamına ucalıblar.