Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan danışıqlarının Brüssel formatı çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: NEWS.am