ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Luiziana ştatında keçirilən praymerizdə (ilkin seçkilər – red.) qalib gəlib.
Praymerizin nəticələrinə görə, Tramp 164 min səs toplayıb ki, bu da ümumi səslərin 90%-ni təşkil edib.
Sonrakı yerdə 12 min və ya 6,6% səs toplayan Nikki Heyli gəlir.
Praymerizin nəticələrinə görə, Respublikaçılar Partiyasından ilk üçlüyü təxminən üç min səs toplayan Ron DeSantis qapayır ki, bu da 1,6% təşkil edir.
Qeyd olunub ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Demokratlar Partiyasından qalib olub. Ona 132 min nəfər, yəni ümumi əhalinin 85,9%-i səs verib.
Mənbə: iz.ru