• Ca. Noy 28th, 2024

Türkiyə parlamentinin sədri: “Rusiya-Ukrayna müharibəsi ərzaq qiymətlərini artırır”

ByYenigun.news

May 17, 2022

“Türkiyə hər zaman parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə, parlament diplomatiyasına çox böyük önəm verir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının (PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.

Türkiyə parlamentinin sədri bildirib ki, dünyadakı problemlərin həlli üçün birgə işlər görülməlidir.

“Buna görə də regional və beynəlxalq əməkdaşlıq vacibdir. Biz Türkiyə olaraq pandemiya əleyhinə mübarizədə çoxtərəflilik prinsipini dəstəkləyirik”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının mənfi təsirləri hələ də davam edir.

“Miqrasiya, həddən artıq yoxsulluq artan təhdidə çevrilir”, – deyə Mustafa Şəntop bildirib.

TBMM sədri qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi bir çox məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir