• Bz. Noy 24th, 2024

Türkiyəli deputat: “NATO PA-da Zəngəzur dəhlizi ilə bağlı təklifimiz qəbul edilib”

ByYenigun.news

Sen 29, 2023


Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib.

Bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) – İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib.

“Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili keçən il noyabrın 22-də NATO PA zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb:

“Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Mevlüt Karakaya Zəngəzur dəhlizinin enerji təhlükəsizliyi və iqtisadi tərəqqi ilə yanaşı, türk dünyasına açılan qapı, Turana gedən yol adlandırıb:

“Qlobal, regional və əlaqələr baxımından bu dəhlizin bizim üçün əhəmiyyəti çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi qlobal iqtisadiyyata və təhlükəsizlik məsələlərinə verdiyi töhfədən əlavə, bizim üçün Azərbaycanın təhlükəsizliyidir, türk dünyasına açılan qapıdır, Turana gedən yoldur”.

Mənbə:  “Bengütürk” TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir