“Hazırda Bakıya bizimlə valideynləri cəbhədə olan, o cümlədən həlak olmuş hərbçilərinin uşaqları gəliblər”.
Oxu.Az-ın məlumatına görə, bunu uşaqlarla Bakıya gələn Ukrayna nümayəndəsi Olya Melnik jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kiyevdən Bakıya 30 uşaq gəlib:
“İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq, maraqlı ekskursiyalar və psixoloji reabilitasiya gözləyir”.
O qeyd edib ki, eyni zamanda, gələnlər arasında ailəsi əsirlikdə olan və itkin düşən uşaqlar da var və onlar Azərbaycanda reabilitasiya keçəcəklər:
“Onlara yaradılan şəraitə görə hamınıza çox minnətdarıq. Çünki bunlar artıq valideynlərini itirən və ya hər an itirə bilmə stresi ilə yaşayan uşaqlardır. Əziz dostlar, dəstəyə görə çox sağ olun”.
İlhamə Əbülfət